17 
Dek
2022
13:02
137
12
979
Virtual karabakh

Şuşa, Kəlbəcər və Laçındakı hava şəraiti AÇIQLANDI

17 Dek, 2022
13:02
979

Şuşa, Kəlbəcər və Laçındakı hava şəraiti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 17-si Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Şuşa, Kəlbəcər və Laçında dekabrın 17-də hava şəraitinin gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacaq.

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 metr/saniyə olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri