28 
Dek
2022
18:00
19
276
3908
Virtual karabakh

Havana Universitetində dərs deyən azərbaycanlı professor vəfat edib - FOTO

28 Dek, 2022
18:00
3908

Havana Universitetində dərs deyən azərbaycanlı professor vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elmira Rəhimova vəfat edib.

Bu barədə Bakı Slavyan Universiteti məlumat yayıb.

Qeyd edək ki, professor Elmira Abdulla qızı Rəhimova Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib və Pedaqoji Dillər İnstitutuna daxil olub. Həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.

Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə “Azərbaycanda yaşayan rus yazıçılarının 1920-30-cu illərdə ədəbi fəaliyyəti” mövzusunda namizədlik, 1995-ci ildə isə “ Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının materialları əsasında)” doktorluq dissertasiyasını müdafiə edib. 1980-82-ci illərdə yüksəkixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.

Respublika Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri