29 
Dek
2022
18:59
432
139
13764
Virtual karabakh

Əməkdar artist alimlik dərəcəsi aldı – FOTO

29 Dek, 2022
18:59
13764

Əməkdar artist alimlik dərəcəsi aldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Bəyimxanım Vəliyeva Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

Yenisabah.az xəbər verir ki, B.Vəliyeva əldə etdiyi bu uğurun əsasının 2014-cü ildən qoyulduğunu bildirib: “Düz 8 il bu gün üçün zəhmət, əziyyət, gərginlik, həyəcan, yuxusuz gecələr, bəzən göz yaşları və daha nələr... Ən önəmlisi isə o idi ki, sonunda gözəl nəticə ola da bilərdi, olmaya da bilərdi. Çünki, hər müdafiənin sonu diplom almaqla nəticələnmir. Lakin, Uca Allahımın gücü, dəstəyi, köməyi ilə 8 illik əziyyətimin bəhrəsini bu gün almaq mənə qismət oldu”.

Əməkdar artist bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib: “Bu yolda mənə dəstək olan hər kəsə - ilk gündən yanımda olan həyat yoldaşıma, daha sonra Milli Konservatoriyanın rektoru, xalq artisti, professor, dəyərli insan Siyavuş Kərimiyə, Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliyə, Milli Konservatoriyanın Elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynovaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, eləcə də adlarını çəkmədiyim çox sayda mənə əziz və doğma olan insanların hər birinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Bəyimxanım Vəliyeva ifaçılar arasında öz ixtisası üzrə ən gənc yaşda “Fəlsəfə doktoru” elmi dərəcəsi almış birinci xanəndədir. '

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri