30 
Dek
2022
16:20
257
30
6448
Virtual karabakh

Vasif Talıbovun işdən çıxarılan prokuror qardaşının yerinə TƏYİNAT - FOTO/VİDEO

30 Dek, 2022
16:20
6448

Vasif Talıbovun işdən çıxarılan prokuror qardaşının yerinə TƏYİNAT - FOTO/VİDEO

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayev vəzifəsindən azad olunaraq, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini təyin olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin Xüsusi ilə Mühüm İşlər üzrə böyük müstəntiqi Qasım Məmmədov tutduğu vəzifədən azad edilərək, İstintaq İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən məlumat saytımıza təsdiqlənib.

Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri