12 
Yan
2023
12:20
181
34
7232
Virtual karabakh

Bakıda daha bir yaşayış binası sökülür - FOTO/VİDEO

12 Yan, 2023
12:20
7232

Bakıda daha bir yaşayış binası sökülür - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, bu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 76 ünvanında yerləşən yaşayış binasıdır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərinin verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinib və müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri