16 
Yan
2023
13:12
11
153
2595
Virtual karabakh

Ağcabədidə 70 yaşlı kişi arvadını öldürdükdən sonra intihara cəhd edib - TƏFƏRRÜAT + VİDEO

16 Yan, 2023
13:12
2595

Ağcabədidə 70 yaşlı kişi arvadını öldürdükdən sonra intihara cəhd edib - TƏFƏRRÜAT + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı Əliyar Mehdiyev intihara cəhd edib.

APA-nın əldə etdiyi xəbərə görə, Əliyar Mehdiyev 67 yaşlı həyat yoldaşı Güldəstə Mehdiyevanı kəsici-deşici alətlə öldürdükdən sonra bir neçə dərman içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, hazırda həkim nəzarəti altındadır.

Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilib.

Əliyar Mehdiyevin səhhəti yaxşılaşdıqdan sonra onun təqsirləndirilən şəxs qismində tanınaraq məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, ötən gün 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri