17 
Yan
2023
18:22
25
534
9897
Virtual karabakh

Göyçayda hamilə qadının ölüm səbəbi məlum oldu - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

17 Yan, 2023
18:22
9897

Göyçayda hamilə qadının ölüm səbəbi məlum oldu - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.

“Report”un xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.

Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.

Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.

Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.

09:08

Göyçayda 26 yaşlı hamilə qadın ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Çərəkə kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Kərimova Fidan Müzəffər qızı həyətdə yıxılıb ölüb.

Qeyd edək ki, qadın səkkiz aylıq hamilə olub. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri