19 
Yan
2023
09:32
22
156
3117
Virtual karabakh

Qadının çantasında külli miqdarda heroin aşkarlanıb - FOTO/VİDEO

19 Yan, 2023
09:32
3117

Qadının çantasında külli miqdarda heroin aşkarlanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, şəhər sakini Zemfira Xəlilovanın üzərində güclü təsiredici narkotik vasitə daşıması barədə şöbəyə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş tədbirlərlə həmin qadın saxlanılıb və şəxsi axtarış zamanı onun əl çantasından külli miqdarda heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Zemfira Xəlilovanın narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla 500 manata aldığı məlum olub. 

Faktla bağlı Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb və Z.Xəlilova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri