20 
Yan
2023
20:56
13
149
1577
yuxarı
Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi
20 Yan, 2023
20:56
1577
13
149
Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 250 kvadratmetr olan obyektin (hazırda fəaliyyət göstərmir) 1 otağına yığılan taxta tullantıları 20 kvadratmetr sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 76 kvadratmetr olan mənzilin bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Obyekt və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
7 
Fev
2023
22:42
Mobil cihazlarımızda zəlzələni öncədən bildirən funksiya hansıdır? - VİDEO
39
116
4452
7 
Fev
2023
21:25
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb
453
11
1760