25 
Yan
2023
10:44
168
17
1386
Virtual karabakh

İki dəfə kliniki ölüm keçirən Aminin dəstəyə ehtiyacı var - FOTO

25 Yan, 2023
10:44
1386

İki dəfə kliniki ölüm keçirən Aminin dəstəyə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı yaşlı İsmayılzadə Amin Nihad oğlunun köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ağalarova Zülfiyyə Qəhrəman qızı məlumat verib.

O bildirib ki, oğlu epilepsiyadan əziyyət çəkir:

“Oğlum qıcolmadan əziyyət çəkir. Amin 1 yaş 6 aylıq olarkən kliniki ölüm keçirdi və saatlarla ayılmadı. Daha sonra üç yaşında ikinci dəfə kliniki ölüm keçirdi. Bu zaman onun bədəninin sol tərəfindəki sinirlər funksionallığını itirdi. Demək olar ki, iki gündən bır qıcolma tutur. Əslində, biz Ukraynada müalicə almalı idik. Lakin oradakı vəziyyətlə bağlı İrana üz tutası olduq. Bəzən üç ayda bir dəfə, bəzən hər ay İrana getməli oluruq. Müalicələrimizin davam etməsi üçün bizim 2500 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirik”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İsmayılzadə Amin Nihad oğlu ilə bağlı müraciət araşdırılıb. Valideyn övladının bədənin sol tərəfinin hemiparezi sindromundan əziyyət çəkdiyini qeyd edərək, Klinik Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında qeydiyyatda olduğunu bildirib. Qeyd edək ki, hazırda xəstəxanada vətəndaşın icbari tibbi sığorta çərçivəsində stasionar müalicəsi davam edir. Lakin ailə övladının İran İslam Respublikasında müalicə olunması üçün köməklik göstərilməsini xahiş edib. Vətəndaşa tibbi xidmətin yalnız ölkə daxilində mümkün olduğu bildirilib.

Aminin anası ilə əlaqə saxlamaq üçün: 050-783-67-75.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri