26 
Yan
2023
18:28
69
265
7548
Virtual karabakh

Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO

26 Yan, 2023
18:28
7548

Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO

Bu gün estrada müğənnisi, Xalq artisti Aygün Kazımovanın ad günüdür. Kulis.az bu münasibətlə onun haqqında on maraqlı faktı təqdim edir.

Aygün Ələsgər qızı Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan “Körpü şou”da qonaq olduğu zaman etiraf edib.

Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşları ilə oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman “Ozan” qrupunun solisti olaraq çıxıb.

Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olub. Bir-birilərini sevən gənclər ailə qurmaq qərarına gəliblər. İş elə gətirib ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçıb. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlib. Ancaq bu evliliyin ömrü uzun çəkməyib. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılıb. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olub.

Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edib. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay hərbçilərə tibbi yardım göstərib. Elə həmin dövrdə anası Fizzə xanım vəfat edib və Aygün Kazımova depressiyaya düşüb. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edib.

“İtkin gəlin” serialı üçün yazılan eyniadlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınıb. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində mahnını oxumaq istəməsə də, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişib.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verib. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanıb.

2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atıb. 8 saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə, razılıq verib. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi. Ona görə də Aygün rejissorluğunu Ülviyyə Könülün etdiyi Xanım İsmayılqızının “Tez gəl” mahnısına çəkilən klipdə əməliyyatın görüntülərindən istifadə olunmasını vəsiyyət edib. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənni olub. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən çox cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

Meyxanaçı Namiq Qaraçuxurlu ilə “Sevdi ürək” adlı ilk dueti böyük marağa səbəb olub. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayıb.

2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranıb və bu, Aygün Kazımovanı depressiyaya salıb. Uzun müddət özünə gələ bilməyən “Diva” ləqəbli müğənni sonradan özünü ələ alıb və ard-arda hitlər təqdim edib.

2015-ci ildə “Big Apple Music Awards” musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək “Big Apple Music Awards”dan imtina edib. Buna səbəb isə təşkilatçıların erməni olması idi.

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin “S.U.S.” mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb olub. O, burada əxlaqsız qadın obrazını canlandırıb...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri