26 
Yan
2023
18:24
11
147
2011
Virtual karabakh

Bakının mərkəzi küçəsində piyada zolağı problemi: Qurumlar nə deyir? - FOTO

26 Yan, 2023
18:24
2011

Bakının mərkəzi küçəsində piyada zolağı problemi: Qurumlar nə deyir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda Azadlıq prospektinin Füzuli və Dilarə Əliyeva küçələri arasında olan hissəsində aparılmış təmirdən sonra ərazidə daha bir piyada zolağının yaradılması təklif edilib.

Bu barədə son günlərdə sosial şəbəkələrdə geniş müzakirələr aparılır.

Zolağın artırılmasına ciddi ehtiyacın olduğu onunla izah edilir ki, həm yolda nəqliyyat vasitələrinin hərəkəti intensiv və sürətlidir, həm də burada piyadaların da sayı kifayət qədər çoxdur. Ərazidə ali təhsil müəssisəsi, iaşə obyektləri və mağazalar, idarə və ofislər var. Bu səbəbdən də yoldan istifadə edən piyadaların təhlükəsizliyi məsələsi günü-gündən qabarmaqdadır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təmirdən əvvəl bu yolun 130 metrlik hissəsində üç yerdə piyada zolağı olub ki, onların hər biri bərpa edilib. Əgər burada daha çox piyada zolağına ehtiyac varsa, bununla bağlı aidiyyəti qurumlar layihə təqdim etməlidir. Yeni piyada zolağının çəkilişi bizim səlahiyyətimizə aid deyil”.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan ərazi ilə bağlı aidiyyəti qurumlardan müvafiq təkliflər daxil olduqdan sonra həmin ərazidə həm piyadaların rahat və təhlükəsiz hərəkətləri üçün, həm də nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmayacaq şəkildə hansısa tədbirlər görülə bilər: “Bu istiqamətdə işlər aparılır və 
ən qısa müddətə müvafiq rəy veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri