30 
Yan
2023
11:32
139
22
804
Virtual karabakh

Həftəsonu Azərbaycanda 27,6 kiloqrama yaxın narkotik aşkarlanıb

30 Yan, 2023
11:32
804

Həftəsonu Azərbaycanda 27,6 kiloqrama yaxın narkotik aşkarlanıb

Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddələrin çəkisi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri