30 
Yan
2023
22:58
13
214
4169
Virtual karabakh

Gəncədə bir ailənin üç üzvünün bıçaqlanmasının TƏFƏRRÜATI - YENİLƏNİB

30 Yan, 2023
22:58
4169

Gəncədə bir ailənin üç üzvünün bıçaqlanmasının TƏFƏRRÜATI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatı məlum olub. 

“Report”un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib.

Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb. 

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

22:19

Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir

APA-nın məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri