31 
Yan
2023
18:20
36
252
3044
Virtual karabakh

Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

31 Yan, 2023
18:20
3044

Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlayıb.

Bu barədə Oxu.Az-a AQTA-dan bildirilib.

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 33 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus “025” marketdə agentliyin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd (2 ədəd 1 litrlik “Chivas Regal” əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik “Absolut” əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik “Organik Line” əmtəə nişanlı) spirtli içki aşkar edilib.

Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan folqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırıldığı, qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlərin mövcud olmadığı müəyyən edilib. Müayinələrin aparılması məqsədi ilə sözügedən məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Aşkar olunmuş alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri