Fev
2023
12:20
340
13
1719
Virtual karabakh

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO

1 Fev, 2023
12:20
1719

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yanvar ayının 30-da saat 14:10-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə olan marixuana, saat 21:30-da İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram narkotik vasitə olan marixuana və 300 ədəd psixotrop tərkibli “metadon M-40” həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri