Fev
2023
22:03
28
264
2334
Virtual karabakh

Balaxanıda yerləşən 17 ailənin yaşadığı 115 yaşlı bina ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTOREPORTAJ

2 Fev, 2023
22:03
2334

Balaxanıda yerləşən 17 ailənin yaşadığı 115 yaşlı bina ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda uçma təhlükəsi olan bina ilə bağlı açıqlama verilib.

Oxu.Az-da işıqlandırılan məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi, ev 6 ünvanında (neft-mədən ərazisində) yerləşən 1898-ci ildə inşa olunmuş, 2 mərtəbəli, 15 mənzilli bina vaxtı ilə Dövlət Neft Şirkətinin (SOCAR) balansında uşaq bağçası kimi fəaliyyət göstərib.

Qurum qeyd edib ki, sonralar binadan məhdud kommunal şəraitli mənzillər formasında şirkət tərəfindən məskunlaşdırılan sakinlər istifadə ediblər:

“Bina 2015-ci ildən mövcud vəziyyətdə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilib. Binada 2 məcburi köçkün ailəsi məskunlaşıb. Sakinlərin mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən heç bir sənədləri yoxdur. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi tərəfindən qeyd olunan binanın qəzalı vəziyyətdə olması haqqında aktı yoxdur. Buna baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi” haqqında 25 aprel 2022-ci il tarixli 96 saylı Sərəncamına əsasən binanın texniki göstəriciləri barədə lazımi məlumatlar aidiyyəti üzrə göndərilib”.

16:44

Sabunçu rayonunda əhalinin yaşadığı bina uçmaq üzrədir. 

Belə ki, rayonun Balaxanı qəsəbəsində vaxtilə uşaq bağçası kimi fəaliyyət göstərmiş bina hər an dağılmaq təhlükəsi ilə üz-üzədir.

Hazırda binada 17 ailə yaşayır.

Binanın 115 yaşı var.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri