3 
Fev
2023
12:16
53
78
1294
yuxarı
DSX Xəzərin Azərbaycan sektorunda 12 kiloqram narkotik aşkarlayıb - FOTO
3 Fev, 2023
12:16
1294
53
78
DSX Xəzərin Azərbaycan sektorunda 12 kiloqram narkotik aşkarlayıb - FOTO
Fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11,4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış iki ədəd kisə aşkar edilib.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək