Fev
2023
19:22
523
67
6546
Virtual karabakh

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradıldı - YENİLƏNİB + VİDEO

6 Fev, 2023
19:22
6546

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Bu barədə XİN məlumat yayıb.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)
+994503422491 (24 saat)
[email protected]

15:25

“Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olub”.

Bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib. Qeyd edilib ki, zəlzələnin baş verdiyi hər bölgə üçün səfirliyin bir əməkdaşı ayrılıb və bütün müraciətlər sistemləşdirilir. 

Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır. Xəsarət alan və evləri yararsız hala düşmüş vətəndaşlarla bağlı müəyyən məlumatlar mövcuddur.  Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcək.

Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlamaları xahiş olunur.

09:40

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alan azərbaycanlıların olub-olmaması barədə araşdırma aparılır. 

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 76-ya çatıb. Baş verən hadisə zamanı 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlhamə Əbülfət, Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri