Fev
2023
13:38
343
20
1057
Virtual karabakh

Kəmaləddin Heydərov türkiyəli həmkarlarına başsağlığı verib

6 Fev, 2023
13:38
1057

Kəmaləddin Heydərov türkiyəli həmkarlarına başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikası ərazisində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkədən olan həmkarlarına - Türkiyənin daxili işlər naziri Süleyman Soyluya və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazir Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri