Fev
2023
15:56
193
14
614
Virtual karabakh

Amerikalı səyahətçi: “Qarabağ əvvəlki kimi yenə gözəl olacaq”

6 Fev, 2023
15:56
614

Amerikalı səyahətçi: “Qarabağ əvvəlki kimi yenə gözəl olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağda dağıntılar olsa da, bura əvvəlki kimi yenə gözəl olacaq”.

Bunu “Report”a açıqlamasında 11 ölkədən olan səyahətçilərdən ibarət beynəlxalq qrupun tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən ABŞ-dən olan səyahətçi Kristian Fleyşer (Christian Fleischer) deyib.

“Dağıntılar istənilən formada pisdir. Odur ki, beynəlxalq ictimaiyyət vandalizm aktlarını qınamalıdır”, - deyə o vurğulayıb.

K.Fleyşer bu ərazilərə yenidən səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildirlər. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri