Fev
2023
14:40
295
15
1154
Virtual karabakh

Azərbaycandan qardaş ölkəyə dəstək davam edir: Toplanan yardımlar çeşidlənir

9 Fev, 2023
14:40
1154

Azərbaycandan qardaş ölkəyə dəstək davam edir: Toplanan yardımlar çeşidlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə üçün təşkil edilən yardım kampaniyası üçün gətirilən əşyaların pərakəndəliyini azaltmaq məqsədilə dəmir arakəsmələr vasitəsilə bölmələr ayrılıb.

Oxu.Az-ın Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım kampaniyasında olan əməkdaşının verdiyi məlumata görə, ayrılan bölmələrin qarşısına “Qida”, “Uşaq Geyimləri”, “Körpə geyimləri”, “Təmizlik və gigiyenik vasitələr”, “Elektrik avadanlıqları”, və s. qeyd edilib.

Davamlı olaraq arabalar vasitəsilə vətəndaşların gətirdikləri yüklər içəriyə daşınır. Üzərində içərisində nə olduğu yazılmayan yüklər müvafiq qaydada açılır, aidiyyəti bölmələrə yönləndirilir.

Bölmələr üzrə geyimlər yeni və ikinci əl olaraq təsnifatlandırılır. Daha sonra qutulara yığılaraq üzərinə kişi, qadın və ya uşaq geyimləri, yeni və ya ikinci əl olması barədə qeyd edilir. 

“Formula-1” könüllüləri də digər vətəndaşlarla birlikdə yardım kampaniyasına dəstək olurlar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri