Mar
2023
12:49
322
39
5369
Virtual karabakh

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi ucaldılıb - YENİLƏNİB + FOTO

2 Mar, 2023
12:49
5369

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi ucaldılıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Fəxri xiyabanda görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi ucaldılıb.

“Report” abidənin fotolarını təqdim edir.

10:24

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

“Report” xəbər verir ki, mərasim martın 10-da keçiriləcək.

Həmin tarixdə saat 12:00-da Birinci Fəxri xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı baş tutacaq.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Qeyd edək ki, R.İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri