14 
Mar
2023
00:05
59
358
8649
Virtual karabakh

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO

14 Mar, 2023
00:05
8649

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə qadının qətlə yetirilməsinin təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı - Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.

18:27

Gəncədə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Quliyev saxlanılaraq istintaqa təhvil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

12:50

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Yeganə Hümbətova bıçaqla qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin onun həyat yoldaşı Elşən Quliyev olduğu bildirilir.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri