14 
Mar
2023
13:10
30
122
3895
Virtual karabakh

Koroğlu Rəhimov küçəsində qanunsuz olaraq piyada keçidinin tikintisi davam edir - VİDEO

14 Mar, 2023
13:10
3895

Koroğlu Rəhimov küçəsində qanunsuz olaraq piyada keçidinin tikintisi davam edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə rəsmi icazəsinin olmamasına, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməməsinə rəğmən, Bakının Nərimanov rayonu K.Rəhimov küçəsində yerüstü keçidin tikintisi davam etdirilir.

Qeyd edək ki, hazırda burada tənzimlənən keçid var, tikinti başa çatacağı təqdirdə onu ləğv edə bilərlər. Bu cür küçədənkənar keçidlərin tikintisi çoxdan köhnəlmiş təcrübədir, nəqliyyat elmi dəfələrlə sübut edib ki, belə keçidlər şəhərdəki tıxacların sayına təsir etmir, onları yalnız növbəti kəsişməyə aparır.

Bundan əlavə, bu keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradır. Bütün inkişaf etmiş şəhərlərdə əks islahatlar aparılır, şəhəri piyadalar üçün daha rahat etmək üçün yerüstü və yeraltı keçidləri klassik işıqforlu “zebra” keçidləri ilə əvəz edirlər. Şəhərin insanlar üçün əlverişli olması avtomobildən daha az insanın istifadə etməsi və zaman keçdikcə yollarda tıxacın azalması ilə nəticələnir.

Ətraflı bloqer Anar Əliyevin hazırladığı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri