15 
Mar
2023
13:46
104
15
1146
Virtual karabakh

Tyeri Ertoq: “Uzun ömür yaşamaq istəyirsənsə, həyatdan həzz almalısan” + FOTO

15 Mar, 2023
13:46
1146

Tyeri Ertoq: “Uzun ömür yaşamaq istəyirsənsə, həyatdan həzz almalısan” + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz təkcə uzun ömür deyil, sağlam yaşamın tərəfdarıyıq”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgisində Beynəlxalq Hormon Cəmiyyətinin və Dünya Qocalma Əleyhinə Tibb Cəmiyyətinin prezidenti Tyeri Ertoq deyib.

Onun sözlərinə görə, qocalma hormon və qida çatışmazlığı, pis həyat tərzi ilə əlaqəlidir:

“Uzun ömür yaşamaq istəyirsənsə, həyatdan həzz almalısan. Bu səbəbdən hədəfimiz keyfiyyətli həyatı təmin etməkdir”.

T.Ertoq sonda qeyd edib ki, müəyyən qida əlavələri və hormonal terapiya vasitəsilə bir neçə xəstəliyin müalicəsini və insanların sağlamlığını təmin etmək mümkündür.

PhotoStock.az-ın sözügedən konqresdən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri