15 
Mar
2023
15:44
81
9
962
Virtual karabakh

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15 Mar, 2023
15:44
962

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NEQSOL Holding Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə dəstəyini davam etdirir.

Holdinqin qərarı ilə tərkibində olan “Bakcell” şirkəti 5 milyon TL məbləğində vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinin bank hesabına köçürüb. Beləliklə, bu günədək NEQSOL Holding-in tərkibinə daxil olan “Bakcell”, “Azerconnect”, “Norm” və “Nobel Energy” şirkətləri tərəfindən Türkiyəyə edilən humanitar yardımın ümumi məbləği 20 milyon TL-dən çox olub.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) və Türkiyənin Azərbaycandakı səfirliyinə maliyyə vəsaitin köçürülməsi ilə yanaşı, yardımın digər hissəsi birbaşa fəlakət bölgəsinə təcili ehtiyacların qarşılanması üçün qida, geyim, rabitə avadanlığı və s. göndərilib.

Türkiyə xalqına dəstək məqsədilə NEQSOL Holding humanitar yardımını davam etdirməyi nəzərdə tutur.

NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri