16 
Mar
2023
12:38
140
14
4249
Virtual karabakh

“Xanoba” gömrük postu yaxın günlərdə istifadəyə veriləcək - FOTO

16 Mar, 2023
12:38
4249

“Xanoba” gömrük postu yaxın günlərdə istifadəyə veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu yaxın günlərdə istifadəyə veriləcək.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “Xanoba” gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb. İnşaat işləri başa çatdıqdan sonra gömrük postu buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri