22 
Mar
2023
16:59
20
147
2063
Virtual karabakh

Azərbaycanda son sutkada 5 nəfər COVID-19-a yoluxub - FOTO

22 Mar, 2023
16:59
2063

Azərbaycanda son sutkada 5 nəfər COVID-19-a yoluxub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 284 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 922 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 441, hazırkı dövrədək isə 7 550 795 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri