24 
Mar
2023
15:45
22
295
7406
Virtual karabakh

Xoyda zəlzələdə xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB + FOTO

24 Mar, 2023
15:45
7406

Xoyda zəlzələdə xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salmasda bu gün baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Bu gün səhər 10:30-a kimi Salmas şəhərində 70 nəfər təcili yardıma müraciət edib, 60 nəfər ambulator müalicə alıb, evə buraxılıb, 10 nəfərin müalicəsi davam edir və bir neçə saat ərzində evə buraxılacaq.

Xoy şəhərində 12 yaralı var, yeddi nəfər evə buraxılıb, beş nəfərin müalicəsi davam etdirilir”, - deyə Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin müdiri bildirib.

09:20

“İranda baş verən zəlzələdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya itki qeydə alınmayıb”.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri