25 
Mar
2023
18:48
198
13
3767
yuxarı
Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı
25 Mar, 2023
18:48
3767
198
13
Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı
Novruz bayramına görə rayondan qohumlarının evinə altı ədəd kütüm balığı və üç balon qatıq gətirən şəxsin yükü metronun “Koroğlu” stansiyasının yaxınlığında oğurlanıb.
“Qaynarinfo” xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının apardıqları araşdırma zamanı oğurluğu 1988-ci ildə Göyçay rayonun Yalman kəndindən anadan olmuş Nazimin (şərti) törətdiyi müəyyənləşib.
O, zərərçəkmişin 12 kq çəkisi olan kütüm balığını və üç balon qatığını oğurladığını etiraf edib.
Nazim oğurladığı malları geri qaytardığından məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilib və sərbəst buraxılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
27 
Apr
2024
01:07
DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO
2
23
909
26 
Apr
2024
20:16
MTK və sakinlər qarşı-qarşıya: “Yeddi ildir kirayədə yaşamağa məcburuq” - VİDEO
48
59
1857