27 
Mar
2023
18:40
13
346
2658
Virtual karabakh

İranda itkin düşən Azərbaycanlı gəncin anası: “Hazırda İrandayam, heç bir məlumat ala bilmirəm”

27 Mar, 2023
18:40
2658

İranda itkin düşən Azərbaycanlı gəncin anası: “Hazırda İrandayam, heç bir məlumat ala bilmirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oğlum, 1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlu İrandan Almaniya geri dönmək üçün aldığı təyyarə biletindən istifadə etməyib”.

Bunu Oxu.Az-a açıqlamasında Dilarə Əskərova bildirib. 

Onun sözlərinə görə, oğlunun yaşadığı Yena şəhərinə gedib, polislə danışıb:

“Mənə dedilər ki, Türkiyənin hava yollarından birinə bilet alıb, amma minməyib. Oğlumun yaşadığı evdən kompüterini götürdük, polis parolu açdırdı. Qız barədə məlumatlar verdi.

Daha sonra mən İrana gəldim və qızın çalışdığı iş yerinə getdim, telefon nömrəsinə görə yaşadığı ünvanı dəqiqləşdirmək istədim, alınmadı. Hazırda İrandayam, heç bri məlumat ala bilmirəm”. 

Qeyd edək ki, martın 4-də itkin düşən 26 yaşlı Fərid Səfərli ilə bağlı Xarici İşlər Nazirliyi martın 9-da bu ölkəyə nota verib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri