29 
Mar
2023
15:34
112
29
1493
Virtual karabakh

Meyit donor üçün əsas şərtlər nələrdir? - HƏKİM AÇIQLADI

29 Mar, 2023
15:34
1493

Meyit donor üçün əsas şərtlər nələrdir? - HƏKİM AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayım zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, həmçinin 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi qadağandır:

“18 yaşına çatmayan şəxsdən valideynlərinin razılığı ilə yalnız sümük iliyi və kök hüceyrələrin götürülməsinə icazə verilir. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır”.

Y. Abbasova onu da bildirib ki, meyit donor - orqanları transplantasiya məqsədilə götürülən, bioloji ölüm və ya beyin ölümü keçirmiş 1 yaşına çatmış şəxs, canlı donor isə öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli şəxsdir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri