31 
Mar
2023
14:12
161
22
913
Virtual karabakh

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib - FOTO

31 Mar, 2023
14:12
913

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof aşkarlanan zərərvericilərə görə məhv edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentlik əməkdaşları Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici - kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri