13 
Apr
2015
13:08
117
7
2207
Virtual karabakh

Sabah Bakıda 14 dərəcə isti olacaq

13 Apr, 2015
13:08
2207

Sabah Bakıda 14 dərəcə isti olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mülayim cənub küləyi əsəcək.

Aprelin 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məumatına istinadla xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 6-11 isti olacaq.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri