Apr
2023
20:47
28
687
11503
Virtual karabakh

Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 2 nəfər yaralanıb - YENİLƏNİB + FOTO/VİDEO

5 Apr, 2023
20:47
11503

Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 2 nəfər yaralanıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Salyan yolundakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb. 

“Report”un məlumatına görə, hadisə nəticəsində 2020-ci il təvəllüdlü Bayxan Bağırov çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

18:43

Bakı-Salyan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.

18:10

Bakı-Salyan yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub. 

“Report”un Aran bürosunun məlumatına görə, bunlar  Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu və 1960-cı il təvəllüdlü Muradov Mirsəkinə Mirqiyam oğlu, 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.

16:49

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı ölən və xəsarət alanlar var.

Hadisə barədə Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib ki, hadisə nəticəsində üç nəfər ölüb:

“İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü və beş yaşlı uşaq isə xəsarət alıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri