10 
Apr
2023
14:37
21
166
3884
Virtual karabakh

Bakıda binanın lift şaxtasında yaranan problem aradan qaldırıldı - YENİLƏNİB + FOTO

10 Apr, 2023
14:37
3884

Bakıda binanın lift şaxtasında yaranan problem aradan qaldırıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonu, Mirmahmud Kazımovski 27a küçəsində yerləşən, lift şaxtasında problem yaranan binada bərpa işləri aparılıb.

Oxu.Az-ın məlumatına görə, binanın fasadında uçan kərpiclər bərpa edilib.

Nəzarətçinin söylədiklərinə görə, hadisəyə səbəb inşa prosesindən sonra lift şaxtasına beton tökülməsi olub.

11:44

Bakıda inşa edilən yeni yaşayış binasında liftin şaxtası çöküb. 

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

İddia edilir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində inşa edilən yaşayış binalarından birində baş verib.

Sakinlər iddia edirlər ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yeni inşa edilmiş yaşayış binasından mənzil alan sakinlər evlərinə köçməyə qorxurlar. Binanın lift üçün nəzərdə tutulmuş qovşağı çöküb və yarasız hala düşüb.

Qeyd edək ki, ekoloq, seysmoloq Ənvər Əliyev çıxışlarından birində Bakının 7-9 ballıq zəlzələyə dözümlü olduğunu deyib. Bəs bu cür vəziyyətdə olan bina necə, zəlzələ olsa, nələr baş verə bilər?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən ​Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qeyd olunan binada tikinti işlərinə icazə sənədi olmadan başlanıldığı müəyyən edilib:

“Qurum tikinti işlərinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə aidiyyəti dövlət qurumlarına mütəmadi olaraq məktublar ünvanlanıb. Eyni zamanda tikintini aparan subyekt barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib edilib”.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri