17 
Apr
2015
12:59
16
96
2503
Virtual karabakh

Azərbaycanda bir gündə iki intihara cəhd

17 Apr, 2015
12:59
2503

Azərbaycanda bir gündə iki intihara cəhd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİN məlumat yaydı.

Dünən Azərbaycanda iki nəfər intihara cəhd edib. 

Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 16-da Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib.

Həmin gün Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri