25 
May
2023
12:02
9
103
527
Virtual karabakh

Anar Bağırov: “Naxçıvanda vəkillərin sayı olduqca azdır”

25 May, 2023
12:02
527

Anar Bağırov: “Naxçıvanda vəkillərin sayı olduqca azdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvanda vəkillərin sayı olduqca azdır. Bu da bizi narahat edən əsas amillərdən biridir”.

Bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 11-ci dəfə imtahan keçirilməsinə baxmayaraq, Naxçıvanda son 6 ildə cəmi 1 dəfə yazılı imtahan baş tutub:

“Əgər statistik rəqəmlərə nəzərə salsaq, Naxçıvanda 100 min nəfər əhaliyə cəmi 4 vəkil düşür. Bu, çox aşağı göstəricidir. Belə davam edərsə, Naxçıvanda təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Halbuki Azərbaycanın digər bölgələrində bu rəqəm qat-qat çoxdur”.

A.Bağırov bildirib ki, narahatlıq doğuran digər məsələ isə ölkəmizdə qadın vəkillərinin sayının az olmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri