27 
May
2023
09:53
117
3
1282
Virtual karabakh

Masallıda saxlanılan avtomobilin yük yerindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb - FOTO

27 May, 2023
09:53
1282

Masallıda saxlanılan avtomobilin yük yerindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda saxlanılan avtomobilin yük yerindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev VAZ-2106 markalı avtomobildə saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri