31 
May
2023
16:44
30
63
1140
Virtual karabakh

Sabirabadda tarixi abidədə aparılan icazəsiz təmir-bərpa işlərinin qarşısı alınıb - FOTO

31 May, 2023
16:44
1140

Sabirabadda tarixi abidədə aparılan icazəsiz təmir-bərpa işlərinin qarşısı alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad şəhəri Qurban Namazəliyev küçəsində yerləşən 4952 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir-bərpa işlərinin aparıldığı aşkar edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman aşkar olunan təmir-bərpa işləri dərhal dayandırılıb.

Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri