İyn
2023
22:30
11
336
2630
Virtual karabakh

Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

1 İyn, 2023
22:30
2630

Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanalına düşən gəncin meyiti tapılıb.

“Report”un məlumatına görə, Bərdə rayon sakini, 2003-cü il təvəllüdlü Vəfadar İsmayılzadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Fərzəliyev də dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadə isə qəzanın baş verdiyi ərazinin yaxınlığındakı Yuxarı Qarabağ kanalına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri