İyn
2023
10:32
19
103
4087
Virtual karabakh

“Buz seli”, alça boyda dolu: Azərbaycanın bölgələrində təbii fəlakətin heyrət doğuran görüntüləri - VİDEO

2 İyn, 2023
10:32
4087

“Buz seli”, alça boyda dolu: Azərbaycanın bölgələrində təbii fəlakətin heyrət doğuran görüntüləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın bəzi bölgələrində küçələrdən “buz seli” keçib.  

Oxu.Az xəbər verir ki, təbii fəlakətlə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərə görə, xüsusilə İsmayıllı, Oğuz, Göygöl bölgələrində dolu o qədər intensiv yağıb ki, hətta küçələrdən buz seli keçib.

Sakinlərin paylaşımlarına görə, Oğuz və Qəbələ rayonlarına düşən dolu, leysan, sel, eləcə də güclü külək kənd təsərrüfatına, insanların əmlakına, avtomobillərə ciddi ziyan dəyməsinə səbəb olub. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iyunun 1-də günün müxtəlif saatlarında Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçala ərazilərində şimşək çaxıb, güclü külək əsib, arabir leysan xarakterli yağış yağıb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən və İsmayıllıda isə 18 m/s-dək güclənib.

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artması müşahidə edilib, dağ çaylarından qısamüddətli sel keçib.

Həmçinin, nazirliyin məlumatına görə, Oğuz rayonunun Filfilli kəndinə və Qəbələ rayonunun Bulud kəndinə diametri 25-30 mm olan dolu düşüb.

Aysel Aslan 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri