İyn
2023
02:57
4
122
904
Virtual karabakh

Kürdəmirdə avtomobil anidən yandı - FOTO

3 İyn, 2023
02:57
904

Kürdəmirdə avtomobil anidən yandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

“Report” xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Rəmiş Neman oğlu Nərimanov ona məxsus VAZ-21015 markalı avtomobili evinin qarşısında saxlayıb.

Bu zaman avtomobilin mühərrik hissəsində elektrik naqillərində qısaqapanma baş verib və nəqliyyat vasitəsi anidən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri