İyn
2023
16:14
7
125
1188
Virtual karabakh

Kürdəmirdə mikroavtobusla avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO

3 İyn, 2023
16:14
1188

Kürdəmirdə mikroavtobusla avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobilin sürücüsü Əliyev İlham Hümbət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn “Ford” markalı mikroavtobusla toqquşub.

Nəticədə mikroavtobusda olan iki nəfər - Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Həsənov Orxan Xalid oğlu, 1976-cı il təvəllüdlü İmanzadə Natiq Əli oğlu və “Toyota Prado”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri