İyn
2023
15:40
138
10
3748
Virtual karabakh

173 il əvvəl Azərbaycanda yaradılan ilk aptek - FOTOREPORTAJ

5 İyn, 2023
15:40
3748

173 il əvvəl Azərbaycanda yaradılan ilk aptek - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

XVIII əsrin sonu, XIX əsrin əvvəlində Xəzərin Kürlə birləşən sahillərinə ruslar - malakanlar köçürülüblər. Bu səbəbdən həmin ərazilərin adları bir az maraq doğurur. Elə Bankə qəsəbəsi kimi. İlk aptekdə 1850-ci ildə məhz Neftçala rayonunun Bankə qəsəbəsində fəaliyyətə başlayıb.

Hələ XIX əsrin əvvəlində Bankədən bir az yuxarıda Kür sahilində Tatarməhlə kəndində yerləşən “Allah mədəni” adlanan balıqçılıq müəssisəsində yanğın baş verir. 1841-ci ildə vətəgələr, xəstəxana, inzibati idarələr yaşayış sahələri ilə birlikdə məcbur Bankəyə köçürülür. Məhz həmin dövrdə 1850-ci ildə ilk aptek də orada yaradılır. Bankə qəsəbəsində balıqçı gəmisində yaradılan ilk aptekin adı saxlanılmaqla hələ də günümüzə qədər fəaliyyət göstərməkdədir.

Gəmilərlə Rusiyadan gətirilən zəngin dərman ehtiyatına malik olan aptek nəinki yerli əhalinin, hətta regionda yerləşən qonşu kənd, qəsəbə və şəhərlərin də tibbi ehtiyacını ödəyib. Hətta Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən də həkimlər və xəstələr çətin əldə olunan dərmanlar üçün ölkənin bu ilk və yeganə aptekinə üz tutublar.

PhotoStock.Az-ın Azərbaycanın 173 yaşı olan ilk aptekindən hazırladığı reportajı təqdim edirik:

Daha çox foto burada : PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri