İyn
2023
19:52
48
294
6392
Virtual karabakh

Bakıda özünü körpüdən atmaq istəyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

6 İyn, 2023
19:52
6392

Bakıda özünü körpüdən atmaq istəyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edən şəxslə bağlı açıqlama verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub. 

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu körpünün üzərinə çıxaraq  intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.

18:51

Bakıda intihara cəhdin qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs fikrindən daşındırılıb.

İntihara cəhd edən şəxs körpüdən düşürülüb.

19:18

Bu gün saat 17 radələrində naməlum şəxs “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.

Hadisə ilə bağlı xilasedicilərə məlumat verilib.

İntiharın qarşısının alınması məqsədilə iş aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri