21 
İyn
2023
10:38
27
100
1763
Virtual karabakh

Bakıda İnsan Resursları Zirvəsi keçirilir - FOTO/VİDEO

21 İyn, 2023
10:38
1763

Bakıda İnsan Resursları Zirvəsi keçirilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi keçirilir.

Oxu.Az-ın məlumatına görə, tədbir “Gələcəyə qayıdış” devizi ilə keçirilir.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar iştirak edir.

İki gün davam edəcək tədbir çərçivəsində çıxışlar, panel müzakirələr və vörkşoplar təşkil olunacaq. Tədbirin birinci günü “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi” müzakirə olunacaq.

Sabah isə “Yeni səhifəyə keç. Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan. Strateji insan resursları idarəetməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirələr aparılacaq.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri