Avq
2023
13:07
19
93
2648
Virtual karabakh

Kinorejissor Cəmil Fərəcov dəfn olunub - YENİLƏNİB + FOTO

2 Avq, 2023
13:07
2648

Kinorejissor Cəmil Fərəcov dəfn olunub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov dəfn olunub.

“Report” xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

11:52

Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Vidadan sonra mərhum “Qurd Qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəli olub, iki övladı, üç nəvəsi qalıb.

O, avqustun 1-də vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri