24 
Sen
2023
16:48
196
924
30287
Virtual karabakh

Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub - YENİLƏNİB + FOTO/VİDEO

24 Sen, 2023
16:48
30287

Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.

Oxu.Az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:

“Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub”.

13:06

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın həmkarları Mərkəzi Klinikaya gəliblər.

Baku TV-nin klinikadan hazırladığı süjeti təqdim edirik:

12:34

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.

Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.

12:01

Millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.

Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri